ABŞ-də fırtına: Uçuşlar ləğv edildi

Dünya

25.01.2026 06:00

ABŞ-də müşahidə olunan dağıdıcı fırtına səbəbindən təxminən 12 min aviareys ləğv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

24 yanvar ölkə üzrə 112 min abonent elektrik enerjisiz qalıb. Elektrik kəsintiləri əsasən Texasda (təxminən 55 min), Luizianada (13 min 700) və Nyu-Meksikoda (11 min 800) qeydə alınıb.

Ən çox zərər çəkən hava limanları “Dallas/Fort-Uort”, “Neşvill” və “Şarlott Duqlas” beynəlxalq hava limanları olub.

ABŞ Milli Meteorologiya Xidməti şərqi Texasdan Şimali Karolinaya qədər güclü qar yağışı və yolların buz bağlaması ilə bağlı xəbərdarlıq edib. Fırtına xəbərdarlığı ölkə əhalisinin 40 faizindən çoxunun yaşadığı, 140 milyon insanı əhatə edən əraziyə şamil olunur.

Meteoroloqlar qar yağışının və buzlanmanın yaxın vaxtlarda davam edəcəyini, bunun da bərpa işlərini çətinləşdirəcəyini bildiriblər. Bəzi ştatlarda isə fövqəladə vəziyyət elan olunub və sakinlərə evlərdə qalmaq tövsiyə edilib.

Türkan İsgəndərli

TodayPress TV 

tag: ABŞ,Fırtına,Uçuş,Hadisə,Todaypress.tv,