ABŞ-də demokratlar hökuməti yeni şatdaunla hədələyir

ABŞ-də demokratlar hökuməti yeni şatdaunla hədələyir
25.01.2026 23:45 Dünya

ABŞ Senatında demokratlar büdcə layihəsini bloklaya biləcəklərini bildirir ki, bu da hökumətin fəaliyyətinin qismən dayandırılmasına gətirib çıxara bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Senatda demokrat azlığın lideri, Nyu-York ştatından senator Çak Şumer Minnesotada baş verən hadisələr dəhşətli və qəbuledilməz adlandırıb. O, "X" sosial şəbəkəsində paylaşımında qeyd edib ki, qanun layihəsində Daxili İşlər Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı müddəa saxlanılacağı təqdirdə, onun əleyhinə səs verəcək. Şumerin sözlərinə görə, demokratlar bu halda layihənin qəbuluna dəstək verməyəcəklər.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər