ABŞ-də binada partlayış - Ölən və yaralılar var

ABŞ-də binada partlayış - Ölən və yaralılar var
25.01.2026 12:15 Dünya

ABŞ-nin Nyu-York şəhərinin Bronks rayonunda 17 mərtəbəli yaşayış binasının iki mərtəbəsində yanğın baş verib.

TodayPress TV "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, partlayışla müşayiət olunan yanğında bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Hazırda zərərçəkənlərdən biri ağır vəziyyətdədir.

Yanğın nəticəsində təxminən 13 mənzilə ziyan dəyib.

Binadakı bütün kommunikasiyalar söndürülüb və 148 mənzilin sakinləri təxliyə edilib. 

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər