ABŞ-də aviaşirkət kök sərnişinlərdən əlavə pul alacaq

ABŞ-də aviaşirkət kök sərnişinlərdən əlavə pul alacaq
26.08.2025 12:00 Dünya

Amerikanın “Southwest Airlines” şirkəti yanvarın 17-dən etibarən oturacaqlara sığmayan sərnişinlərin əvvəlcədən ikinci oturacağı almasını məcburi edəcək. 

TodayPress TV xəbər verir ki, həmin tarixdən etibarən şirkət həm də nömrələnmiş oturacaq sisteminə keçəcək. 

Mövcud qaydada kök sərnişinlər əlavə oturacağı öncədən ala və pulunu geri qaytara bilir, yaxud hava limanında pulsuz tələb edə bilirdilər. Yeni qaydaya görə isə geri ödəmə yalnız müəyyən şərtlərlə mümkün olacaq və artıq qaranti edilməyəcək. 

Həmçinin, əlavə oturacağı əvvəlcədən almayan sərnişinlər hava limanında ikinci bileti almaq məcburiyyətində qalacaq. 

Aysel Mətləb 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər