ABŞ-də 730 mindən çox insan işıqsız qaldı

ABŞ-də 730 mindən çox insan işıqsız qaldı
25.01.2026 21:00 Dünya

ABŞ-nin geniş ərazisini əhatə edən güclü qar fırtınası nəticəsində 730 mindən çox ev təsərrüfatında elektrik enerjisinin verilişi dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "PowerOutage" məlumat yayıb.

Ən çox enerji kəsintisi Texas, Luiziana, Missisipi və Tennessi ştatlarında qeydə alınıb. Tennessi ştatında işıqsız qalan istehlakçıların sayı 240 mini ötüb.

Bildirilir ki, ölkənin azı 18 ştatında ekstremal soyuqlar və güclü qar yağışı təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər