ABŞ-də 50 turisti daşıyan avtobus aşdı
ABŞ-nin Nyu-York ştatında turistləri daşıyan avtobus aşıb.
TodayPress TV xəbər verirk i, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Hadisə nəticəsində bir neçə nəfərin, o cümlədən azı bir uşağın həlak olduğu bildirilir.
Məlumata görə, turistlər Niaqara şəlaləsinə səfərdən sonra Nyu-Yorka qayıdırmış.
50 sərnişini olan avtobus yüksək sürətlə hərəkət edərkən sürücü naməlum səbəblərdən idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
Hazırda ölən və yaralananların dəqiq sayı açıqlanmır.