ABŞ Daxili Təhlükəsizlik Nazirliyi: “Amerika amerikalılar üçündür”

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi: “Amerika amerikalılar üçündür”
02.10.2025 09:59 Dünya

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) paylaşdığı bir bəyanatda hazırkı administrasiyanın qeyri-qanuni miqrantlarla mübarizəsi çərçivəsində “Amerika amerikalılar üçündür” şüarını yayımlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik “X” sosial şəbəkəsində paylaşım edib.

“Qanunsuz olan hər bir xarici cinayətkar ölkədən çıxarılmalıdır”, - deyə nazirlik əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

O, ABŞ tarixində qeyri-qanuni miqrantların deportasiyasına dair ən genişmiqyaslı əməliyyatın həyata keçiriləcəyini bəyan edib.

Aysel Mətləb

TodayPress TV


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər