ABŞ-də 175 mindən çox viza LƏĞV EDİLDİ
ABŞ Dövlət Departamenti Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 175 mindən çox vizanı ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Məlumata görə, vizaların əksəriyyəti sahiblərinin hüquq pozuntularına görə ləğv edilib. Ən çox yayılmış səbəblər arasında hücumlar, sərxoş vəziyyətdə avtomobil idarə etmə, oğurluq və narkotiklərlə bağlı cinayətlər göstərilib.
Həmçinin vizalar təhlükəli avtomobil idarə etmə, cinsi zorakılıq, uşaqlara qarşı qəddar rəftar, dələduzluq, vəsaitlərin mənimsənilməsi və digər hüquq pozuntuları hallarında da ləğv edilib.