ABŞ Çinə qarşı pilotsuz hərbi donanma yaradır

ABŞ Çinə qarşı pilotsuz hərbi donanma yaradır
20.08.2025 21:15 Dünya

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinlə silahlı münaqişəyə hazır olmaq üçün pilotsuz hərbi-dəniz donanması yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hazırda prototiplər Kaliforniya sahillərində, Sakit okeanda sınaqdan keçirilir.

Pilotsuz gəmilərin hazırlanmasında "Saronic" və "BlackSea Technologies" şirkətləri iştirak edir.

Bildirilib ki, ABŞ Çinin Tayvana qarşı mümkün hərbi əməliyyatının qarşısını almaq məqsədilə dəniz və hava pilotsuz aparatları qrupları hazırlayaraq bölgəyə yerləşdirmək niyyətindədir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər