ABŞ BU TARİXLƏRDƏ İrana zərbə endirə bilər
Dünya
22.02.2026 19:48
ABŞ-nin 23 və ya 24 fevral tarixlərində İrana hərbi zərbə endirə biləcəyi iddia olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.
Nəşrin məlumatına görə, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) agenti və məlumat mənbəyi Con Kiriaku ABŞ hökumətinin guya hərbi zərbə ilə bağlı qərar qəbul etdiyini bildirib. Onun sözlərinə görə, Ağ Evdəki mənbə hücumun bazar ertəsi və ya çərşənbə axşamı baş verə biləcəyini deyib.
Kiriaku qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasında İrana qarşı hücumu dəstəkləyənlər arasında dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset var. Əks mövqe isə vitse-prezident Ceyms Devid Vens və milli kəşfiyyat direktoru Tulsi Qabbard tərəfindən səsləndirilib.
Qiymət Mahir
tag: ABŞ,Con Kiriaku,İran,Zərbə,TodayPress TV,
