ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla danışıqlar apardığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Vens “Fox News” telekanalına müsahibəsində ABŞ-nin Hörmüz boğazından neft və qaz tədarükünün həcmini mümkün qədər artırmağa çalışdığını bildirib.
“Biz sadəcə bu münaqişədən ehtiyacımız olan nəticəni əldə etməyə çalışırıq. Biz onların nüvə proqramını məhv etdik, adi silahlı qüvvələrini sıradan çıxardıq və asimmetrik hərbi imkanlarını əhəmiyyətli dərəcədə azaltdıq. İndi isə ABŞ ilə münasibətlərin yaxşılaşdırılması üçün lazım olan uzunmüddətli dəyişikliklərə hazır olub-olmadıqlarını müəyyənləşdirməyə çalışırıq. Əgər hazır deyillərsə, bu da problem deyil”, - deyə Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqton İrana mümkün qədər təzyiq göstərməkdə davam edəcək və amerikalıların qaz və enerji resurslarından daha aşağı qiymətlərlə istifadə edə bilməsi üçün Yaxın Şərqdən mümkün qədər çox neft və qaz hasil etməyə çalışacaq.
“Əlbəttə, biz iranlılarla danışıqlar aparırıq”, - deyə Vens vurğulayıb.
Kübra Musayeva