Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi

Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi
08.08.2026 23:18 Dünya

ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazından keçməsinə icazə verib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb.

"Amerikalı dənizçilər "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin uçuş göyərtəsində "F/A-18E Super Hornet" qırıcılarına texniki xidmət göstəriblər. Avqustun 8-nə olan məlumata görə, CENTCOM 53 ticarət gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha iki gəmiyə baxış keçirib", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib.

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər