ABŞ 2027-ci il büdcəsinin təqdimatını təxirə saldı
Ağ Ev müdafiə xərclərinin artırılması ilə bağlı fikir ayrılıqlarına görə 2027-ci maliyyə ili üçün büdcə təkliflərinin hazırlanmasını təxirə salıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, administrasiya növbəti maliyyə ilində müdafiə xərclərini 2026-cı ildəki 900 milyard dollardan 1,5 trilyon dollara çatdırmağı planlaşdırır. Təkliflər Konqresə iki həftədən artıq müddət əvvəl təqdim olunmalı idi.
Qəzetin yazdığına görə, əsas müzakirələr artıq istifadədə olan silah sistemlərinin maliyyələşdirilməsi ilə süni intellektdən istifadə edən yeni texnologiyalara investisiyalar arasında seçim üzərində cəmlənib.
Aysel Mətləb