ABŞ 150 ölkəyə rüsum tətbiq edəcək
ABŞ 150-yə yaxın kiçik ölkədən gətirilən mallara 10-15% gömrük rüsumu tətbiq etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib.
O deyib ki, hələ yekun qərar verilməyib, amma tarifin 10% və ya 15% olması gözlənilir.
Daha əvvəl Tramp BRICS ölkələrini dəstəkləyən dövlətlərə əlavə 10%-lik vergi qoyulacağını açıqlamışdı.
Xatırladaq ki, aprel ayında ABŞ 185 ölkəyə yeni tariflər tətbiq edib. Bütün mallar üçün baza tarif 10% olub. Çin mallarına 34%, Vyetnamdan gətirilən məhsullara 46%, Avropa İttifaqına isə 20% tarif qoyulub.
Dünya liderləri bu qərarı tənqid edərək, cavab tədbirləri ilə hədələyiblər.
Türkan İsgəndərli