ABŞ 12 ölkənin vətəndaşlarına giriş qadağası qoydu

ABŞ 12 ölkənin vətəndaşlarına giriş qadağası qoydu
05.06.2025 09:35 Dünya

ABŞ prezidenti Donald Tramp terrorizm və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində 12 ölkənin vətəndaşlarına ölkəyə giriş qadağası qoyub. 

TodayPress TV xəbər verir ki, qadağa Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmənə şamil edilir.

Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları üçün isə qismən məhdudiyyətlər tətbiq olunub. 

Tramp bildirib ki, bu addım ölkəyə radikal terrorçuların daxil olmasının qarşısını almağa yönəlib və qərar Ali Məhkəmə tərəfindən təsdiqlənib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər