ABŞ 12 hava limanında təyyarələrin uçuş-enişini qadağan etdi

Dünya

10.11.2025 22:30

ABŞ-nin Mülki Aviasiya Federal İdarəsi təyyarələrin 12 böyük hava limanında uçuş və enişini qadağan edib.

TodayPress TV-nin məlumatına görə, bu barədə Milli Biznes Aviasiya Assosiasiyasının (NBAA) rəhbəri Ed Bolen bildirib.

Məhdudiyyətlər ABŞ-də bazar ertəsi şərq vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə saat 09:00) qüvvəyə minəcək, Nyu-York, Los-Anceles, Çikaqo və Bostondakı beynəlxalq hava limanlarına da şamil ediləcək.

Mülki Aviasiya Federal İdarəsi daha əvvəl ölkənin ən işlək 40 hava limanının tutumunun 7 noyabrdan etibarən hava nəqliyyatı dispetçerlərinin iş yükünü yüngülləşdirmək üçün 10 % azaldılacağını açıqlayıb. Bu iş yükü maliyyə çatışmazlığı ucbatından hökumətin fəaliyyətini dayandırması səbəbindən artıb. Oktyabrın 1-dan ABŞ-də hava nəqliyyatı dispetçerlərinə şatdaun səbəbindən maaş verilmir.

TodayPress TV



tag: ABŞ, Hava Limanı, Uçuş,Milli Biznes Aviasiya Assosiasiyası, todaypress.tv,