Abbas Əraqçi: "Fransa ilə məhbus mübadiləsi tezliklə baş tuta bilər"
Fransa və İran məhbus mübadiləsi ilə bağlı razılığa gəliblər.
TodayPress TV-nin məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "France 24"-ə müsahibəsində bildirib.
"İki ölkə arasında məhbus mübadiləsi və razılaşma olub. Hüquqi və məhkəmə prosedurlarının tamamlanmasını gözləyirik", - o qeyd edib.
Aynur TAC