90 faizə yaxın əhalisi müsəlman olan ölkədə ölülərin yandırılması qadağan edildi - VİDEO

90 faizə yaxın əhalisi müsəlman olan ölkədə ölülərin yandırılması qadağan edildi - VİDEO
04.08.2026 21:46 Dünya

Qırğızıstan Prezidenti Sadır Japarov “Dəfn və dəfn mərasimi haqqında” qanuna dəyişiklikləri imzalayıb. Yeni dəyişikliklərə əsasən, ölən şəxslərin kremasiya yolu ilə dəfn edilməsi qadağan olunub.

TodayPress TV xəbər verir ki, qanunvericilikdən kül ilə dolu urnaların dəfninə dair müddəalar çıxarılıb, kremasiya isə dəfn üsulu kimi hüquqi qüvvəsini itirib.

Yeni redaksiyaya əsasən, “kremasiya” termini bundan sonra yalnız tibbi fəaliyyət nəticəsində yaranan bioloji obyektlərin termiki üsulla məhv edilməsinə şamil olunacaq.

Beləliklə, krematoriyalardan yalnız sanitariya məqsədləri üçün istifadə ediləcək.

Kübra Musayeva 

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər