87 günlük internet blokadası başa çatdı: Pezeşkian fərman imzaladı

87 günlük internet blokadası başa çatdı: Pezeşkian fərman imzaladı
25.05.2026 22:10 Dünya

İran Prezidenti Məsud Pezeşkian ölkədə internetə çıxışın bərpa edilməsini nəzərdə tutan fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" agentliyi Rabitə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran rəsmiləri 87 gündən artıqdır ki, ölkə daxilində interneti tamamilə sıradan çıxarmışdılar. Bu addım İsrail və ABŞ-nin ölkəni bombaladığı bir vaxtda İran mülki vətəndaşlarının son məlumatları əldə etməsini çətinləşdirmiş, həmçinin fəaliyyəti birbaşa internetdən asılı olan biznes sahələrinə ciddi ziyan vurmuşdu.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər