7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO
Kolumbiyanın qərbində bazar ertəsi 7,4 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində, Boqotadan təxminən 280 kilometr məsafədə olub.
İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat qeydə alınmayıb.
Jalə Rövşən