5 ölkə prezidentinin iştirakı ilə KTMT-nin sammiti keçirilir

Dünya

27.11.2025 12:21

Bişkekdə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb. Belarus, Qazaxıstan, Rusiya və Tacikistan Prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin və Emoməli Rəhmon Yntymak Ordo iqamətgahına gəliblər. 

TodayPress TV xəbər verir ki, onları girişdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, binada isə Prezident Sadır Japarov qarşılayıb.

Ardınca KTMT-nin dar formatda iclası keçirilib. Sammitə Qırğızıstan sədrlik edir və bugünkü görüşdə ölkənin sədrliyi dövrünün nəticələri müzakirə olunur.

Sammitdə təşkilat daxilində əməkdaşlığın cari məsələləri, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi müzakirə olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: KTMT,İqamətgah,Sammit,İclas,Todaypress.tv,