5 milyondan çox vətəndaş Ukraynanı tərk edib

Dünya

26.01.2026 14:20

Ukraynanın Sosial Siyasət Naziri Denis Ulyutin bildirib ki, 2022-ci ildən bəri 5,8 milyondan çox ukraynalı ölkəni tərk edib. Onların əksəriyyəti təhlükəsizlik səbəblərinə görə geri qayıtmır.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Ulyutin deyib ki, əgər təhlükəsizlik vəziyyəti yaxşılaşsa, insanlar yenidən Ukraynaya qayıda bilərlər. Ukrayna hökuməti isə xaricdə yaşayan vətəndaşlar üçün “Birlik Mərkəzləri” açaraq onlara sosial xidmətlər, ödənişlər, iş və mənzil imkanları barədə məlumat verəcək.

Qeyd olunur ki, 2025-ci ildə 18-22 yaş arası 45.300 ukraynalı xaricə gedib, sonrakı iki ayda isə bu rəqəm 98.500-ə çatıb. Sentyabr ayına olan məlumata görə, ölkənin əmək qabiliyyətli əhalisi 2021-ci illə müqayisədə 40% azalıb və 5,7 milyon insan xaricdə yaşayır. Əksəriyyət Almaniya, Çexiya və Polşada məskunlaşıb.

Yanvar 2026-cı il məlumatına görə, 2025-ci ildə təxminən 1.400 ukraynalı Belarusla sərhədi qanunsuz keçməyə cəhd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,Köçkün,Vətəndaş,Müharibə,Todaypress.tv,