400-dən çox təhlükəli oyuncaq məhv edildi

400-dən çox təhlükəli oyuncaq məhv edildi
23.01.2026 13:07 Dünya

Ermənistanda 2025-ci ildə yoxlamalar nəticəsində bazardakı 400-dən çox   təhlükəli oyuncaq və cihazların əksəriyyəti aşkar edilərək məhv edilib.

TodayPress TV "Sputnik Ermənistana" istinadən xəbər verir ki, bu barədə Ermənistanın Bazar Nəzarəti Təftiş İdarəsinin rəhbəri Armen Kotolyan bildirib. 

Onun sözlərinə görə, yoxlamalar zamanı oyuncaqlar, aşağı gərginlikli cihazlar və uşaqlar üçün məhsullarda ciddi uyğunsuzluqlar aşkar olunub.

Ölkədə 111 yoxlama aparılıb, halların 83%-ində qanun pozuntuları qeydə alınıb, laboratoriya müayinələri isə dörd halda təhlükəsizlik pozuntularını təsdiqləyib.

Qeyd edilib ki, Ermənistan bu il ilk dəfə təhlükəli məhsulları laboratoriya testləri əsasında məhv edib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər