4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır
Bahçelievlerin Kocasinan məhəlləsində daha əvvəl boşaldıldığı bildirilən 4 mərtəbəli bina hələ ki müəyyən edilməyən səbəbdən uçub.
TodayPress TV xəbər verir ki, sonra əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım heyətləri cəlb olunub.
Heyətlər ətrafda təhlükəsizlik tədbirləri görüblər.
Ərazidəki vətəndaşlardan binanın daha əvvəl təxliyə edildiyi məlumatını alan heyətlərin binada ehtiyat tədbiri məqsədilə axtarış və araşdırma işləri davam edir.