35 min rus əsgəri ilə bağlı DƏHŞƏTLİ İDDİA
NATO-nun baş katibi Mark Rütte Rusiya Prezidenti Vladimir Putinin müharibədə on minlərlə rus hərbçisini qurban verməyə hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Rütte Putinin məqsədlərinə çatmaq naminə 35 minə qədər rus əsgərinin həyatını riskə atdığını iddia edib.
“Putin 35 min öz vətəndaşını qurban verməyə hazırdır və bu, dəhşətlidir. Təsəvvür edin ki, bunun həmin ailələrin hər birinə necə təsiri var”, – deyə NATO-nun baş katibi bildirib.
Rütte Rusiyanın Ukraynaya qarşı müharibəsinin ağır humanitar nəticələrə səbəb olduğunu vurğulayaraq, beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyinin davam etməsinin vacibliyini qeyd edib.
Kübra Musayeva