“3+3” formatında görüş nə vaxt keçiriləcək?
Dünya
28.11.2025 11:39
Növbəti “3+3” formatlı regional görüşün tarixi və yeri hələ də dəqiqləşməyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Artıq bir neçə aydır ki, iclasın təşkili müzakirə edilir. İştirakçı ölkələr görüşün İrəvanda və ya Bakıda keçirilməsi ehtimallarını nəzərdən keçirirlər.
Ermənistan XİN xatırladıb ki, əvvəlki toplantının yekunlarına əsasən tərəflər növbəti görüşün tarixini və yerini diplomatik kanallar vasitəsilə müəyyənləşdirmək barədə razılığa gəliblər.
Bu razılıq qarşılıqlı anlaşmaya əsaslanır və yaxın iki iclasın İrəvan və Bakı arasında paylanmasını nəzərdə tutur.
Nazirlik bildirir ki, bu istiqamətdə konstruktiv müzakirələr davam etdirilir.
Qiymət Mahir
tag: 3+3,Ermənistan ,XİN,İrəvan,Todaypress.tv,
