28 gün sonra dağıntılar altından sağ çıxdılar - VİDEO

28 gün sonra dağıntılar altından  sağ çıxdılar - VİDEO
25.07.2026 10:30 Dünya

Venesuelada baş verən güclü zəlzələdən 28 gün sonra dağıntılar altından üç nəfər sağ xilas edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Venesuela mediası məlumat yayıb.

Belə ki, Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra 28 gün dağıntılar altında qalmış üç nəfər - kişi, qadın və gənc qız sağ xilas edilib.

Onlar gözlənilmədən qida, su ehtiyatı tapdıqları bir otaqda ilişib qalıblar və bu da onlara dağılmış binanın altında təxminən bir ay yaşamağa imkan verib.

İnsanlar xilas edildikdən sonra dərhal tibbi və psixoloji yardım alıblar.

Qeyd edək ki, iyunun 24-də Venesuelanın şimalında 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Zəlzələlər nəticəsində ölənlərin sayı artmaqda davam edir. İyulun 24-nə  olan məlumata görə, xilasetmə qrupları dağıntılar altından təxminən 5500 cəsəd çıxarıb.

Səlahiyyətlilər 10 mindən çox insanın itkin düşdüyünü bildiriblər ki, bu da ölənlərin sayının daha da arta biləcəyini göstərir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər