12 illik fasilə bitdi! İraq nefti Türkiyə üzərindən bazara çıxır
İraq 12 illik fasilədən sonra Türkiyəyə köhnə Kərkük-Ceyhan boru kəməri vasitəsilə neftin ixrac məqsədilə nəqlini bərpa edib.
TodayPress TV xəbər verir ki, bu barədə İraqın neft naziri Bəsim Məhəmməd Xudeyr məlumat verib.
Nazir bildirib ki, texniki xidmət, yenidənqurma, eləcə də texniki və istismar sınaqları uğurla başa çatdıqdan sonra köhnə İraq-Türkiyə boru kəməri vasitəsilə xam neftin ixrac məqsədilə nəqli sutkada 120 min barel ilkin ixrac gücü ilə bərpa olunub. O, ixrac gücünün tədricən sutkada 500 min barelə çatdırılacağını qeyd edib.
Xudeyr həmçinin vurğulayıb ki, neft kəmərinin fəaliyyətinin bərpası İraqa xam neft ixracı imkanlarını genişləndirməyə və əlavə gəlir əldə etməyə imkan verəcək.
“Şimal marşrutu ilə ixrac nefti endirim etmədən satmağa imkan verir”, – deyə o izah edib.
Aysel Mətləb