10 gündən sonra nə baş verəcək? Hakerlər texnologiya nəhəngini ŞANTAJ EDİR
ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin haker hücumuna məruz qaldığı iddia olunur.
TodayPress TV xəbər verir ki, “Cybernews”un məlumatına görə, “The Gentlemen” adlı haker qrupu şirkətin məxfi məlumatlarını ələ keçirdiyini və 10 gün ərzində yayacağını bildirir.
Hakerlər artıq geri sayımı başladıb. Onlar bildiriblər ki, fidyə ilə bağlı danışıqlar nəticəsiz qalarsa, əldə etdikləri məlumatları ictimailəşdirəcəklər.
Lakin qrup indiyədək hücumun baş verdiyini təsdiqləyən heç bir sübut təqdim etməyib.
Qeyd edək ki, “The Gentlemen” fidyə proqramları vasitəsilə kiberhücumlar həyata keçirən aktiv qruplardan biri hesab olunur.
Kübra Musayeva