Bir neçə kəndin adı DƏYİŞİR: Qubada ad islahatı

Bir neçə kəndin adı DƏYİŞİR: Qubada ad islahatı
06.05.2026 14:03 Daxili siyasət

Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi hazırlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə sənəd parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Həmçinin, sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Xatırladaq ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər