Yasamalda yanğın səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunanların vəziyyəti açıqlandı

Yasamalda yanğın səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunanların vəziyyəti açıqlandı
23.11.2025 21:07 Cəmiyyət

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər