Tural Abbaslı: “Ermənilərin törətdiklərini unutmağa hazır olanlar var”

Cəmiyyət

26.02.2026 14:09

“Hər il olduğu kimi bu il də Xocalı soyqırımı yad edilir, lakin 2020-ci ildən sonra şəhidlərin xatirəsi artıq fərqli cür anılır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Ağ Partiyanın sədri Tural Abbaslı Xocalı faciəsinin 34-cü ildönümündə “Ana harayı” abidəsini ziyarət edərkən deyib.

O bildirib ki, torpaqlarımız işğaldan azad edilib, qisas alınıb, lakin bu, Xocalı faciəsinin unudulması anlamına gəlməməlidir:

“Hər il “Ana harayı” abidəsini ziyarət etmək milli yaddaşın qorunması baxımından vacibdir. 2020-ci ildən sonra şəhidlərimizi başqa cür yad edirik. Torpaqlarımız işğaldan azad edildi, qisas alındı. Lakin hər il bu abidəni ziyarət etməliyik ki, kimlə qonşu olduğumuzu unutmayaq. Hazırda ermənilərin törətdiklərini unutmağa hazırlaşanlar var”, – deyə o vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

tag: Tural Abbaslı,Ağ partiya sədri,Xocalı,Ziyarət,Todaypress.tv,