TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? - RƏSMİ

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? - RƏSMİ
26.02.2026 10:48 Cəmiyyət

Azərbaycanın səhiyyə sahəsində mərhələli şəkildə islahatlar aparılır.

TodayPress TV xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Nazir həmçinin əlavə edib ki, kadr siyasəti ciddi islahatlara məruz qalmalıdır:

"Bölgələrdə kadr çatışmazlığı ilə bağlı nazirlik, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə işçi qrupu yaradılıb. Hazırda bununla bağlı tədbirlər davam etdirilir, mütəmadi görüşlər keçirilir".

T.Musayev eyni zamanla TƏBİB-in nazirliyə birləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib ki, bununla bağlı suallar TƏBİB-ə yönləndirilməlidir.

(Report)

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər