TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi

TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi
22.07.2025 10:54 Cəmiyyət

TƏBİB-in “Peşə günləri” layihəsi çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə müxtəlif media qurumlarının nümayəndələri üçün Yeni Klinikada tibbi müayinə təşkil olunub.

TodayPress TV xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova media nümayəndələrini salamlayıb və onları 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edib:

“Ölkə səhiyyəsində həyata keçirilən islahatlar barədə ictimaiyyətin məlumatlandırılmasında media nümayəndələri əvəzsiz rol oynayır. Jurnalistlər, eləcə də vətəndaşlar tərəfindən daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə tədbirlər görmək TƏBİB-in prioritet məqsədlərindən biridir. Bu gün Strateji inkişaf departamenti tərəfindən reallaşdırılan “Peşə günləri” layihəsi çərçivəsində 20-dən çox media nümayəndəsi əyani və diaqnostik müayinələrə cəlb olunub və bu, mütəmadi əsaslı profilaktik xarakter daşıyacaq. İnanıram ki, davamlı həkim konsultasiyaları, instrumental və laborator müayinələr media nümayəndələrinin sağlamlıq durumlarını nəzarətdə saxlamağa imkan verəcək”.

Çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov media nümayəndələrini tibb müəssisəsində görməkdən məmnunluğunu ifadə edib və onlara peşə fəaliyyətində uğurlar arzulayıb:

“Xəstəliklərin erkən aşkarlanması istiqamətində aparılan işlər xüsusilə media nümayəndələri üçün zəruridir. Çünki əksər vaxtlarda media nümayəndələri peşə fəaliyyətlərinə bağlı olaraq sağlamlıqlarının qeydinə qala bilmirlər. Tibb müəssisəsinin həkimləri tərəfindən tibbi xidmət göstərilən jurnalistlərin sağlamlıqları nəzarətimizdə olacaq və onların sonrakı mərhələlərdə də müayinələrinin təşkilinə şərait yaradacağıq”.

Daha sonra ixtisaslı həkimlər tərəfindən media nümayəndələri müayinə edilib. Onlar laborator və diaqnostik müayinələrdən keçiblər.

FOTOLAR

TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi — 1
TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi — 2
TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi — 3
TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi — 4
TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi — 5
TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi — 6
TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi — 7
TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər