“Saray” MTK sakinlərdən ƏLAVƏ PUL ALIR? – VİDEO
Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən “Saray” MTK Yaşayış kompleksinin sakinləri tərəfindən TodayPress TV-yə şikayət daxil olub.
Sakinlər bildiriblər ki, “Saray” MTK-ya daxil olan 30 yaşayış binası üçün nəzərdə tutulmuş qarajın aylıq ödənişi 40 manatdır, bu isə başqa MTK-ların binalarında olan qarajların aylıq ödəniş haqlarından qat-qat çoxdur.
Sakinlərdən biri problemlə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, qarajların aylıq qiymətləri süni şəkildə artırılıb.
Onun sözlərinə görə, avtomobillərin yaşayış binalarının həyətində yaratdığı sıxlığa görə, binalara gediş-gəliş çətinləşib.
Vüsalə Nəciyeva