Sabah metro gücləndirilmiş rejimdə işləyəcək

Sabah metro gücləndirilmiş rejimdə işləyəcək
25.02.2026 20:30 Cəmiyyət

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə  TodayPress TV-yə səhmdar cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, "Ana harayı" abidəsinin yaxınlığında yerləşən "Xətai", eləcə də "Cəfər Cabbarlı" və "28 May" stansiyalarında nəzarət tədbirləri artırılacaq.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər