Sabah Bakıda hava dəyişkən olacaq
Cəmiyyət
17.11.2025 12:20
Noyabrın 18-də ölkə üzrə gözlənilən hava şəraiti açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Paytaxtda və yarımadada hava dəyişkən buludlu olacaq, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Temperatur gecə 10–14, gündüz 16–19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770-dən 768 mm civə sütununa enəcək, nisbi rütubət 75–85% təşkil edəcək.
Rayonlarda əsasən yağmursuz hava müşahidə ediləcək. Bəzi ərazilərdə arabir duman gözlənir. Şərq küləyi üstünlük təşkil edəcək.
Temperatur gecə 8–12, gündüz 16–21 dərəcə, dağlıq ərazilərdə gecə 0–4, gündüz 7–12 dərəcə isti olacaq.
tag: Hava,Proqnoz,Hava şəraiti,Ölkə,Todaypress.tv,
