Rəşad Bayramov: “Xalqımıza qarşı törədilən soyqırımlar bizə unutdurulduğu üçün…”

Cəmiyyət

26.02.2026 15:50

“XX əsrin əvvəlində xalqımıza qarşı törədilən soyqırımlar bizə unutdurulduğu üçün əsrin sonunda yeni faciələrlə üzləşdik”.

TodayPress TV xəbər verir ki, bunu AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Xocalı soyqırımının 34-cü ildönümündə “Ana harayı” abidəsini ziyarət edərkən deyib.

O bildirib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir:

“Bu hadisənin yaddaşlarda qalması olduqca vacibdir. XX əsrin əvvəlində xalqımıza qarşı törədilən soyqırımlar bizə unutdurulduğu üçün əsrin sonunda yeni faciələrlə üzləşdik. Bu gün hər bir vətəndaşın borcu həm unutmamaq, həm də unutdurmamaqdır. İnsanların “Ana harayı” abidəsinə axın etməsi də bu faciəni unutmadıqlarını göstərir”.

Qiymət Mahir

TodayPress TV

tag: Rəşad Bayramov,AMİP,Xocalı,Soyqırım,Todaypress.tv,