Prokurorluq əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət etdi
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və prokurorluq orqanlarının əməkdaşları Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Bu barədə TodayPress TV-yə Baş prokurorluqdan məlumat verilib.
Ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.