Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi

Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi
01.08.2026 12:24 Cəmiyyət

Avqustun 1-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, lakin iyulun 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb.

İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər