Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO
30.07.2026 12:27 Cəmiyyət

Ötən gecə Bakı metrosunun "Azadlıq Prospekti" stansiyasında problem yaşanıb.

TodayPress TV "Oxu.Az"-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, saat 23:48-də stansiyanın platformasında olan sərnişinlər ərazidən çıxarılıblar.

Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.


"İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən "yaşıl xətt"in "Memar Əcəmi" - "Dərnəgül" sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib", - deyə B. Məmmədov bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər