Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Xidmətdən TodayPress TV-yə verilən məlumata görə, sentyabrın 4-6-da əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.