İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi qeyd edildi
Cəmiyyət
10.12.2025 12:16
Bakıda, Azərbaycanda təmsil olunan səfirliklər və diplomatik missiyalar, dövlət qürumları və QHT nümayəndələri, eləcə də millət vəkillərinin iştirakı ilə İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Forumu) fəaliyyətinin 15 illiyi ilə bağlı diplomatik qəbul keçirilib.
TodayPress TV xəbər verir ki, öncə İƏGF Avrasiya Regional Mərkəzinin 15 illik fəaliyyəti dövründə İƏT məkanında gəncliyin inkişafına və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov çıxış edərək, İƏT-in ilk gənclər platformu olan İƏGF-nin 2004-cü ildə Azərbaycan hökumətinin və şəxsən prezident İlham Əliyevin dəstəyi ilə Bakıda təsis olunduğunu, Forumun Avrasiya Regional Mərkəzinin də Azərbaycan hökumətinin dəstəyilə Bakıda yaradıldığını nəzərə çatdırıb, ev sahibliyi və davamlı dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.
Azərbaycan hökuməti adından çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov öz çıxışında İƏGF Avrasiya Regional Mərkəzi ilə Gənclər Sivilizasiyaların İttifaqı uğrunda, İƏT Modeli, İƏT Gənclər Paytaxtı layihələri və İƏT Gənclər Nazirləri Şurasının katibliyinin təsis olunması çərçivəsində əməkdaşlıqdan məmnunluq duyduğunu bildirərək, bundan sonra da nazirliyin Mərkəzlə əməkdaşlığa davam edəcəyini vurğulayıb.
Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik korpus adından Mərakeş krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammed Adil Embarç təbrik nitqində 15 il ərzində qloballaşan dünyada artan risk, təhlükə və çağırışların fonunda İƏGF Avrasiya Regional Mərkəzinin İƏT ölkələri gəncliyinin inkişafına və şəbəkələşməsinə, onların liderlik bacarıqlarının artırılması işinə verdikləri töhfələri xüsusi vurğulayaraq, Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzu edib.
Tədbir çərçivəsində bu ilin dekabr ayının 6-da Bakıda keçirilmiş İƏT Xarici İşlər nazirlərinin simulyasiyasında xüsusi bacarıqları və fəallıqları ilə fərqlənmiş 9 gənc iştirakçı fərqlənmə sertifikatı və mükafatlarla təltif olunublar.
Tədbir İƏT ölkələrini təmsil edən mədəniyyət proqramı və ziyafətlə davam edib.
tag: İƏGF,Avrasiya Regional Mərkəzi,15 illik,Qeyd,Todaypress.tv,
