“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində bir gündə 111 111 ağac əkildi

Cəmiyyət

14.11.2025 14:32

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il təşkil olunan ağacəkmə aksiyasına dəstək olaraq bu il də ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri təşkil olunub. 

TodayPress TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında və ölkənin meşə fondu torpaqlarında keçirilən aksiyalar zamanı bir gündə ümumilikdə 111  111 ədəd ağac əkilib. 

Bu aksiyalar 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin qlobal ekoloji təşəbbüslərə dəstəyini, ekoloji məsuliyyətini, eləcə də yaşıl inkişaf və davamlı gələcək naminə atdığı ardıcıl addımları bir daha nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” ağacəkmə təşəbbüsünə qoşulub və hər il ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirilir.

TodayPress TV

tag: “Gələcəyə nəfəs!” aksiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron yarımadası,Ağacəkmə aksiyası ,Todaypress.tv,

photo
photo
photo
photo