Gədəbəydə “8 Noyabr – Zəfər Günü” münasibətilə bayram konserti təşkil edildi
Cəmiyyət
08.11.2025 20:43
Xalqımızın milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən “8 Noyabr – Zəfər Günü” münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri, müharibə iştirakçıları, geniş rayon ictimaiyyəti və respublikamızın tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə bayram konserti təşkil edilib.
TodayPress TV xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov zəfərimizin tarixinin başlanğıcının məhz müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olduğundan danışmış, dünyada müharibəni və sülhü qazanmış cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasətdən bəhs edib.
RİH başçısı rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin şücaəti ilə torpaqlarımızın işğaldan azad edilməsinin, suverenliyimizin tam bərpasının tarixi nailiyyət olduğunu bildirib, Uca Tanrıdan şəhidlərimizə rəhmət doğmalarına səbr arzulayaraq hər kəsi 8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət bayrağı günü münasibətilə səmimi qəlbdən təbrik edib.
tag: Zəfər,Konsert,Gədəbəy,Tədbir,Todaypress.tv,
