FHN dumanlı hava şəraiti ilə bağlı gəmi istifadəçilərinə müraciət etdi

FHN dumanlı hava şəraiti ilə bağlı gəmi istifadəçilərinə müraciət etdi
12.11.2025 09:42 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər