Faiq Abdullayevin “Mühasibat uçotu: praktiki tətbiq və nəzəri təhlil” kitabının təqdimatı keçirildi

Cəmiyyət

16.11.2025 00:53

Maliyyə və mühasibatlıq sahəsində mütəxəssis Faiq Abdullayevin “Mühasibat uçotu: praktiki tətbiq və nəzəri təhlil” adlı yeni kitabının təqdimat mərasimi baş tutub.

TodayPress TV xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, mütəxəssislər və maliyyə sahəsində çalışan peşəkarlar iştirak ediblər.

Açılış nitqləri ilə Auditorlar Palatasının üzvü Mehdi Babayev, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, DOST Agentliyinin İdarə Heyətinin sədr müavini İlkin Məmmədov, Azərbaycan Auditorlar Palatasının əməkdaşı Qoşqar Əhmədov və Azərbaycan Beynəlxalq Bankının Baş məhsul sahibi Rüstəm Abbasov çıxış ediblər. Natiqlər Azərbaycan dilində praktiki mühasibatlıq ədəbiyyatının əhəmiyyətini vurğulayıblar.

Daha sonra kitabın müəllifi Faiq Abdullayev və redaksiya heyəti nəşrin hazırlanma prosesi, yazı üslubu və kitabda yer alan praktiki məsələlər barədə məlumat veriblər.

Tədbir iştirakçıları kitabın maliyyə və mühasibatlıq mütəxəssisləri üçün dəyərli bir vəsait olduğunu bildiriblər.

TodayPress TV

tag: Kitab Təqdimatı, Faiq Abdullayev, DOST,Maliyyə, todaypress.tv,