Elşad Musayev: “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir”

Elşad Musayev: “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir”
26.02.2026 14:50 Cəmiyyət

“34 il əvvəl Xocalıda günahsız insanlarımız qətlə yetirildi. Bu faciə həm insanlıq, həm də bəşəriyyət əleyhinə törədilmiş cinayət kimi qiymətləndirilməlidir”.

TodayPress TV xəbər verir ki, bunu Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev Xocalı soyqırımının 34-cü ildönümündə “Ana harayı” abidəsini ziyarət edərkən deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar bu cinayətə lazımi diqqəti göstərmədilər və bu, müxtəlif səbəblərlə, siyasi konyunktura ilə bağlı idi:

“Biz millət olaraq, dövlət olaraq bunu unutmadıq və unutmuruq. Nəzərə alaq ki, 44 günlük Vətən müharibəsində qisasımızı aldıq. Yalnız erməniləri deyil, onların arxasında dayanan məkrli qüvvələri də məğlub edərək istəyimizə nail olduq. Artıq Azərbaycan torpaqlarının işğala məruz qalması prosesi bitib.

Bundan sonra da biz şəhidlərimizi, qətlə yetirilən insanlarımızı unutmayacağıq. Hər il bu abidəyə insan axını da xalqımızın ayaqda olduğunu göstərir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər