Elgün Səfərov: "Ailələr öz uşaqlarının hüquqlarını pozur"

Cəmiyyət

18.12.2025 11:21

"Təəssüf ki, bəzi hallarda bu məsuliyyətə laqeyd yanaşılır. Uşaqlar sosial şəbəkələrə, xüsusilə "TikTok"a cəlb olunur, onların iştirakı ilə maliyyə qazancı əldə edilir və bu zaman uşaqların hüquqları pozulur".

TodayPress TV xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, yaş kateqoriyalarının əsas məqsədi uşaqların qorunmasıdır. 

"Bu prosesdə valideynlərin də böyük məsuliyyəti var. Onlar ailə daxilində uşaqların izlədiyi və ya istifadə etdiyi məzmunu nəzarətdə saxlamalıdırlar.

Son beş ildə bu sahədə narahatedici faktlar da qeydə alınıb. Audiovizual Şuranın da məlumat verəcəyi kimi, bəzi media subyektləri zərərli məzmunlar yayımlayıb və uşaqların hüquqlarını pozublar. Qohum nikahları, uşaq nikahları ilə bağlı yayımlanan bəzi materiallar maarifləndirmə məqsədi daşımayıb, əksinə, açıq şəkildə təbliğat xarakteri alıb".

Elgün Səfərov qeyd edib ki, bu cür hallar isə xüsusilə təhlükəlidir və yolverilməzdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,