Elçin Quliyev Bəhreynin daxili işlər naziri ilə görüşdü
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Mara"ee 2025" tədbiri ərəfəsində Bəhreyn Krallığının Daxili İşlər naziri Rəşid bin Abdullah Əl-Xəlifəilə görüş keçirib.
Bu barədə TodayPress TV-yə xidmətdən məlumat verilib.
Qeyd olunub ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.